İslam Həmrəyliyi Oyunlarında Hacı Əliyevlə iranlı güləşçi arasında gərgin anlar yaşanıb

0
75

Gərginliyə sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin İran güləşçisi Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakimlərin ədalətsiz qərarları səbəb olub. Hacı Əliyevin rəqibə qarşı fəndləri hakimlər tərəfindən qeydə alınmayıb.

Bundan sonra idmançılar arasında gərginlik yaranıb. Hakimlərin ədalətsizliyinə və iranlı güləşçinin təxribatçı hərəkətlərinə baxmayaraq, Hacı Əliyev görüşü sona qədər davam etdirib və əzmkar qələbə qazanıb. Hacı Əliyev 8:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.