Hacı Əliyev İslamiadanın ikiqat qalibi olub

0
48

 

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. 65 kq-da yer alan idmançı həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib. Rəqibini vaxtından əvvəl “tuşe” ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə islamiadanın qalibi olub.