Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Rusiyanın yaxın günlərdə ölkəyə qarşı təcavüzünü gücləndirəcəyini gözləyir. Bu, Avropa Komissiyasının bu həftənin əvvəlində Ukraynaya namizəd statusu vermək planlarını açıqlaması ilə bağlıdır.
“Əlbəttə, bu həftə biz Rusiyanın düşmənçilik fəaliyyətinin güclənməsini gözləməliyik”, – deyə Zelenski Reuters-ə bildirib və davam edib:
– Bu, təkcə Ukraynaya deyil, digər Avropa ölkələrinə də aiddir. Biz hazırlaşırıq. Biz hazırıq.
Aİ-yə üzv olan bütün ölkələr üzvlük danışıqlarının başlaması üçün namizəd statusuna “hə” deməlidir. Gələn həftə Brüsseldə keçiriləcək sammit zamanı bütün Aİ ölkələrindən qərarların qəbulu gözlənilir.


























