Ukrayna prezidenti Vladimir Zelenski bazar ertəsi axşam Kiyevdəki Prezident sarayındakı ofisində çıxışı zamanı video yayımlayıb. Fevralın 24-də işğal başlayandan bəri o, ilk dəfədir ki, ofisdə görünür.
Doqquz dəqiqəlik çıxışında Zelenski başqa şeylərlə yanaşı, “Ukrayna ordusunun öz mövqelərini qoruduğunu” deyir. O, həmçinin Kiyevdə qaldığını və “heç kimdən qorxmadığını” əlavə edib.


























