Urmu-Tehran qatarı relsdən çıxaraq dağa çırpılıb

0
66

Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Mərkəzinin yaydığı məlumatda Urmu-Tehran qatarının relsdən çıxaraq dağa çıroıldığı bildirilib.

Mərkızin rəhbəri Abbas Cəfərinin mediaya verdiyi açıqlamasına görə, hadisə fevralın 9-u, yerli vaxtla səhər saat 09:45-də Rəşkan bölgəsində meydana gəlib və qatarda olan sərnişinlər Urmu şəhərinə geri qaytarılıb.

Qərbi Azərbaycan Dəmir Yolu İdarəsinin başçısı Məhəmməd Qurabni faktı təsdiqləyərək 115 sərnişindən kimsənin xəsarət almadığını söyləyib.