Ukrayna: Zelenskiyə qarşı qətl planını dayandırdıq

0
58

Ukrayna çərşənbə axşamı prezident Vladimir Zelenskiyə qarşı sui-qəsd cəhdini dayandırıb. Bu barədə “Axios” Ukrayna hakimiyyət orqanlarına istinadən xəbər verir.

Rusiya işğalı başlayandan bəri Zelenski Rusiyanın hücumları üçün ehtimal olunan hədəf olduğu barədə xəbərdarlıq edib. Ukrayna hakimiyyətinin məlumatına görə, onun arxasında məhz çeçen xüsusi təyinatlı “Kadırovtsı” dayanır və bir neçə üzvün “aradan çıxarıldığı” deyilir.

Bildirilir ki, Ukraynaya hücumla bağlı Rusiya təhlükəsizlik xidməti daxilində müharibəyə qarşı olan şəxslər tərəfindən xəbərdarlıq edilib.