Ukrayna: Rusiya nüvə stansiyasından baza kimi istifadə edir

0
88

 

Rusiya qoşunları Avropanın ən böyük olan Zaporojyadakı atom elektrik stansiyasından qonşu əraziləri artilleriya atəşinə tutmaq üçün baza kimi istifadə edirlər. AFP-yə istinadən xəbər verir ki, bunu Ukraynanın nüvə enerjisi üzrə “Enerqoatom” agentliyinin nümayəndəsi Petro Kotin bildirib.
– İşğalçılar ora öz texnikalarını, o cümlədən robot sistemləri aparırlar, onlarla Dnepr çayının o biri tərəfini və Nikopol ətrafındakı əraziləri atəşə tuturlar.

Atom elektrik stansiyası işğalın ilk həftələrindən Rusiyanın nəzarətində olsa da, hələ də ukraynalı personal tərəfindən idarə olunur.