Ukrayna prezidenti Vladimir Zelenski gecə çıxışında Xersonda dağılmış Antonivski körpüsünün və bölgədəki digər keçidlərin bərpa olunacağını bildirib.

0
60

“Əlbəttə, onların hamısı yenidən qurulacaq – bizim tərəfimizdən. Biz hər şeyi edirik ki, işğalçıların torpaqlarımızda heç bir maddi-texniki şansı olmasın. Onların hansı planları varsa, biz onları məhv edəcəyik”, – deyə o, davam edib:

“Ukraynanın qanuni sərhədlərinə çatana qədər ərazimizi hərbi, diplomatik və bütün mümkün vasitələrlə azad edəcəyik”.