Tavuş hadisələrinin pərdə arxası

0
152

2024-cü ilin 15-16 fevral tarixlərində “Daşnaksütyun” partiyasının “Hay Dat” Komitəsi tərəfindən İranın paytaxtı Tehranda keçirilmiş “Hay Dat bu gün. Artsaxın itirilməsi, ümummilli böhran, ER-in dövlətçilik və suverenliyini saxlaması uğrunda mübarizəsi” adlı tədbirdə Ermənistanın Tavuş Yeparxiyasının yepiskopu Baqrat Qalstanyan da iştirak edərək çıxış etmişdir. O, çıxış zamanı “Artsax şəhidlərinin yarımçıq qalmış işini milli birlik ilə sona çatdırmağın vacibliyinə” vurğu etmişdir.

Tədbirdə olarkən ön cərgədə dayanmış Tavuş vilayətinin yepiskopu Baqrat Qalstanyanın ətrafında daşnaklar, ER-in İrandakı səfir başda olmaqla diplomatları kifayət qədərdir. (BUNUN FOTOSU DA VAR). İran hakimiyyəti ənənəvi olaraq, daşnaklardan Azərbaycana qarşı istifadəni davam etdirir.

Erməni yepiskopu B.Qalstanyanın İrana səfəri də təsadüf deyil. B.Qalstanyanın İrana səfəri İranın İslam İnqilabının 44-cü ildönümündən sonrakı günlərə təsadüf etmişdir. Yəqin ki, “iranlı ağalarına” xoş gəlmək üçün gəlib inqilabın ildönümündə də iştirak edib, təbriklər edib. İranda olarkən onun İran xüsusi xidmət orqanlarından təlimat aldığı və onların tapşırığı ilə hərəkət edəcəyi şübhə doğurmur. Tavuşda yolu bağlamaqda fəal olan erməni yepiskopun bu işində İran izi varmı?

İranın Ermənistandakı səfiri, ölkəmizə qarşı çıxışları ilə tanınan Mehdi Sübhani son çıxışında anklavların Azərbaycana verilməsi ilə bağlı erməni jurnalistinin sualını cavablandırarkən sanki gəmiləri dəryada batmış kimi idi. Yəqin ümidlər bəslədikləri Baqrat kimilər onların planlarını tam icra edə bilmirlər.

Görəsən, erməni din xadimi Baqrat Qalstanyanın nəyinə lazımdır ki, gəlib yolu bağlayıb? Bəlkə iranlı dostlarından tapşırıq alıb ki, “etiraz eləyin, yoxsa torpaqlarınızı əlinizdən alacaqlar?”

Tehran erməni yeparxiyasının baş yepiskopu Sepuh Sarkisyan etirazçı keşiş B.Qalstanyana məktub yazaraq onu dəstəkləmişdir.

İİR-in Abadan şəhərində anadan olmuş, İrəvan universitetində iranşünaslıq bölməsinin banisi hesab olunan 87 yaşlı Qurgen Melikyan da yürüşə qatılmış və B.Qalstanyana dəstək nümayiş etdirmişdir.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan Ehsan Movəhhedyan da öz sosial şəbəkə hesablarında B.Qalstanyana dəstək xarakterli paylaşımlar etmişdir. O, B.Qalstanyana istinadən İran-İraq müharibəsində İran ermənilərinin fədakarlığından danışmış və erməni xalqına xitabən onları “mübarizəyə” çağırmış, B.Qalstanyanı gələcəkdə sionizm və NATO-nun Qafqazda İrana qarşı aparılan pozuculuq fəaliyyətlərinə son qoya biləcək şəxs kimi nəzərdən keçirmişdir.

Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyanın həyat yoldaşı Anna Torosyan B.Qalstanyanı “ayətullah” adlandırmışdır. Bu, B.QALSTANYANIN Ermənistanda dini hakimiyyət yaratmasına işarə etmək niyyətindən xəbər verir.

  1. Qalstanyan “İranın böyük tapıntısı” və Nikol Paşinyana qarşı fiqurdur. Sözsüz ki, hərəkatın arxasında İran dayanır, hətta Ermənistanda hakimiyyətin devrilməsində Rusiya İrana münasibətdə 2-ci dərəcəli rol oynayır.

İran ikili oynayır. Bir tərəfdən Nikol Paşinyanı dəstəklədiyini rəsmi formada elan edir, digər tərəfdən isə müxalifəti dəstəkləyir.