Reuters xəbər verir ki, Aİ ölkələri Rusiyaya qarşı dördüncü sanksiya paketinə səs veriblər.
Cümə günü təqdim edilən təklifə əsasən, sanksiyalar bu məqamlara şamil edilir:
• Rusiya “ən çox əlverişli ölkə” statusundan məhrum olacaq, bu isə o deməkdir ki, Aİ ölkələri Rusiya mallarına gömrük rüsumlarını qaldıra və Rusiya iqtisadiyyatını daha da təcrid edə bilər.
• Rusiyanın enerji sektoruna investisiyalar qadağan olunacaq
• Dəmir-polad sənayesi ilə əlaqəli mallar Rusiyadan idxal edilməyəcək, açıqlamaya görə, bu, Rusiya iqtisadiyyatı üçün böyük nəticələrə səbəb olacaq.
• Aİ ölkələrindən Rusiyaya lüks məhsullar ixrac edilə bilməz
• Rusiyanın hakimiyyət dairəsində olan şəxslərə qarşı əlavə sanksiyalar tətbiq olunacaq. Bundan əlavə, onların kriptovalyutalarla ticarəti çətinləşəcək.
• Aİ Rusiyanı Beynəlxalq Valyuta Fondundan (BVF) və Dünya Bankından çıxarmağa çalışacaq.


























