Rusiyanın Qələbə Günü ilə əlaqədar NATO-nun baş katibi Yens Stoltenberq Vladimir Putini müharibəni dayandırmağa çağırır.
“Mən mayın 9-da prezident Putini müharibəni dərhal dayandırmağa, qoşunlarını Ukraynadan çıxarmağa və sülh danışıqlarına başlamağa çağırışımı bir daha təkrar edirəm”, – Yens Stoltenberq deyib.
Almaniyanın Die Welt qəzeti.
Stoltenberq həmçinin öz bəyanatında NATO-nun qətiyyətlə Ukraynanın arxasında qaldığını və ölkəyə kömək etməyə davam edəcəyini bildirib.


























