Krım yarımadasını Rusiyanın Krasnodar diyarı ilə birləşdirən Rusiya avtomobil və dəmir yolu körpüsü olan Kerç körpüsündə güclü partlayış baş verib, Ukrayna mediası Reuters-ə istinadən xəbər verir. BNO News yazır ki, körpünün bir hissəsi suya düşüb.
“The Guardian” yazır ki, körpü həm Rusiya üçün simvolikdir, həm də Krım yarımadasında və Ukraynanın cənubundakı Rusiya tərəfindən işğal olunmuş ərazilərdə Rusiya qüvvələri üçün mühüm təchizat marşrutudur.
Sosial şəbəkələrdə yayılan görüntülərdə körpünün təxminən ortasında güclü yanğın baş verdiyi və ərazidən nəhəng tüstü qalxdığı görünür.
Rusiya dövlət mediası yük maşınında bomba yüklü avtomobilin partlaması nəticəsində körpüdəki yanacaq çəninin yanıb. Rusiyanın məlumatına görə, partlayış nəticəsində azı 3 nəfər ölüb.
“Vladimir Putin Krymbron təhqirinə cavab vermək üçün böyük təzyiq altında olacaq. Hal-hazırda görə biləcəyim yeganə giriş Kerç boğazına aparır”, – Financial Times-ın xarici müxbiri Oliver Carroll Twitter-də yazır.



























