Rusiya baş nazirinin müavini Aleksandr Novak “Qazprom”un xarici qaz müştərilərinin yarısının “Qazprombank”da rubl hesabı açdığını iddia edir.
Onun sözlərinə görə, Avropanın 54-ə yaxın şirkəti Qazpromla qaz ixracı üçün müqavilə bağlayıb və onların təxminən yarısı prezident Vladimir Putinin tələbi ilə qazın pulunu rublla ödəyə biləcəkləri hesablar açıb.
Avropa Komissiyası qazın rublla ödənilməsinin Rusiyaya qarşı sanksiyaların pozulması olduğunu bəyan edib.