Google Rusiyada bağlanır

0
65

Google Rusiyanı fiziki olaraq tərk edəcək. “Reuters” xəbər agentliyinə istinad edən “The Verge” texnoloji saytının məlumatına görə, Google bank hesablarına Rusiya dövləti tərəfindən həbs qoyulduqdan sonra Rusiyada iflas elan edib.

Ölkədə 100-ə yaxın işçisi olan texnologiya nəhəngi yazın əvvəlində Rusiyanın Ukraynaya müdaxiləsi ilə Rusiyada reklam satışını dayandıracağını və Youtube-dan rejim tərəfdarı hesabları dayandıracağını açıqlamışdı.

Rusiya da öz növbəsində uzun müddətdir ki, Google-u platformalarından “qeyri-qanuni məzmunu” silmədiyinə görə tənqid edir.

Şirkətin məlumatına görə, Google-un xidmətləri hələ də ölkədə mövcud olacaq.