Rusiyanın insan haqları üzrə komissarı Tatyana Moskalkova bildirib ki, Kurskdan dinc sakinlərin təxliyyəsi üçün Rusiya, Ukrayna və Qırmızı Xaç Cəmiyyəti arasında razılıq əldə olunub.
Kursk vilayətinin bir hissəsi Ukrayna tərəfindən işğal edilib. Rusiya dövlət xəbər agentliklərinin məlumatına görə, Moskalkova bildirib ki, bir neçə mülki şəxs artıq Ukraynanın sərhədin o tayındakı Sumı bölgəsinə aparılıb.
Onun sözlərinə görə, Qırmızı Xaç Cəmiyyəti və Ukrayna tərəfi ilə onların Belarus vasitəsilə Rusiyaya təxliyəsi ilə bağlı razılaşma var.


























