Rusiya agentlikləri: Kreml Ukrayna ilə danışıqlara hazırdır – Belarusdakı nümayəndə heyəti

Bir sıra beynəlxalq xəbər agentlikləri Rusiyanın dövlət xəbər agentliyi olan İnterfaks-a istinadən bildirirlər ki, Rusiya Belarusda Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib. Məlumata görə, Rusiya nümayəndə heyəti Belarusa gəlib.

Ukrayna prezidenti Vladimir Zelenski cavab verib ki, əgər Rusiya Belarus torpaqlarından Ukraynaya hücum etməsəydi, danışıqlar aparmaq mümkün olardı. O, həmçinin başqa yerdə danışıqlara açıq olduğunu və əvvəllər Varşava, Bratislava, Budapeşt, İstanbul və Bakını təklif etdiyini deyir.