Qaradağda sel nəticəsində 40 nəfər xəsarət alıb, 61 kəndə ziyan dəyib

0
48

Şərqi Azərbaycan Böhran İdarəetmə Baş Direktoru:
Ötən gecə Qaradağ bölgəsində baş verən daşqın nəticəsində Əhərdə 31, Vərzqanda 20, Xudafərində 10 kəndə ziyan dəyib.
Bu hadisə zamanı 40 nəfər xəsarət alıb, onlardan 5-i təcili və Qızıl Aypara Cəmiyyətinin tibb məntəqələrinə çatdırılıb, qalanlarına isə ambulator müalicə olunub.
Qəza qurbanlarından biri damdan yıxıldığı üçün hələ də xəstəxanadadır.
Bu sel təsərrüfat və bağlara, kənd yollarına, mal-qara və yaşayış obyektlərinə, eləcə də bir neçə avtomobilə ziyan vurub.