Qara dəniz hava qüvvələri ‘xeyli dərəcədə zəifləyib’

0
65

Böyük Britaniyanın Müdafiə Nazirliyi gündəlik yeniləməsində yazır ki, Krım yarımadasındakı aviabazada baş verən partlayışlar nəticəsində Rusiyanın 8 döyüş təyyarəsi məhv edilib.
Nazirlik yazır ki, bu, Rusiyanın ümumi Hərbi-Hava Qüvvələrinin kiçik bir hissəsidir, lakin Qara dənizdəki donanma üçün Rusiyanın havadakı qabiliyyəti “xeyli dərəcədə zəifləyib”.

“İndi Rusiya ordusu yəqin ki, təhdid mənzərəsini yenidən qiymətləndirəcək. Keçmişdə Krım yəqin ki, cəbhədən uzaqda təhlükəsiz ərazi sayılırdı”.