Nüvə təhlükəsi fonunda buğda qiymətləri yüksəlir

0
12

Ukrayna və Rusiya qüvvələri arasında toqquşma zamanı nüvə stansiyasında baş verən yanğından sonra buğdanın qiyməti bir ton üçün 444 dollara çatıb.
Gökhan Ergöçün |
04.03.2022
İSTANBUL

Rusiya ilə toqquşmalar fonunda Ukraynanın Zaporojjya Atom Elektrik Stansiyasında baş verən yanğınla bağlı nüvə qorxularından sonra ABŞ-ın gələcək müqavilələrində buğdanın qiyməti ton başına 500 dollar səviyyəsinə yaxınlaşıb.

GMT 07:30-a olan məlumata görə, buğdanın qiyməti bir ton üçün 444 dollara və buşel üçün 12,09 dollara çatıb.

Fevralın əvvəlində buğdanın bir tonunun qiyməti 270 dollar civarında idi.

Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, Ukraynanın atom elektrik stansiyasındakı yanğın indiyədək əsas avadanlıqlara təsir etməyib.

Digər əmtəə qiymətlərində də Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələrlə bağlı artımlar qeydə alınıb.

Cümə axşamı günü 120 dollar səviyyəsinə yaxınlaşan Brent markalı neftin qiyməti hazırda 112 dollar civarındadır.

Qızılın unsiya qiyməti də cümə axşamı günü 1,950 dollar səviyyəsinə çatıb və cümə günü 1,937 dollar ətrafında tarazlaşıb.