NATO döyüşə hazır olanların sayını 300 minə çatdıracaq

0
48

NATO döyüşə hazır qüvvələrin sayını – bugünkü 40 mindən 300 minə qədər artırmaq istəyir.Bu barədə baş katib Yens Stoltenberq bazar ertəsi bu həftə keçiriləcək sammitdən əvvəl mətbuat konfransı zamanı bildirib. O, həmçinin bildirir ki, NATO bütün cəbhələrdə güclənməli və Şərqi Avropada mövcudluğunu artırmağa davam etməlidir.

“Rusiya bizim təhlükəsizliyimiz üçün ən böyük və birbaşa təhdiddir”, – Stoltenberq bildirib.

İclasda İsveç və Finlandiyanın NATO-ya müraciətləri, həmçinin Ukraynadakı vəziyyət və iqlim dəyişikliyi müzakirə olunacaq.