Muzdurların Rusiya ordusuna inteqrasiya olunduğu deyilir

0
66

Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, mart ayından bəri məhşur Vaqner qrupunun əməkdaşları xüsusi tapşırıqlara göndərilirdilər, lakin indi onlardan Ukraynanın şərq hissələrinə nəzarəti gücləndirmək üçün nizami bölmələr kimi istifadə olunur.

“İnteqrasiyanın bu yeni səviyyəsi Rusiya hakimiyyətinin özəl hərbi şirkətlərlə Rusiya dövləti arasında əlaqələri inkar edən uzun müddətdir davam edən siyasətini sarsıdır”, – deyə Twitter-dəki bəyanatda bildirilir.

“Rusiya müdafiəsi çox güman ki, Vaqnerin rolunu dəyişib, çünki döyüş hissələrinin böyük çatışmazlığı var”.