MN: Azərbaycandakı Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib

0
19

Bakı, 12 iyun, AZƏRTAC

Vətən müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.