Mirzoyan: İrəvan və Bakı sülh sazişi qüvvəyə mindikdən sonra iddialarını geri götürəcək

0
73

Sülh sazişi qüvvəyə mindikdən sonra Ermənistan və Azərbaycan beynəlxalq iddialarını eyni vaxtda geri götürəcək.

“Report” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan erməni KİV-ə bildirib.

“Saziş qüvvəyə mindikdə və tərəflər iddialarını geri götürdükdə hər iki tərəf saziş imzalanana qədər tərəflər arasında mövcud olan problemlərlə bağlı bir-birinə qarşı gələcəkdə iddia irəli sürməməyi eyni vaxtda öhdəsinə götürür”, – o vurğulayıb.