İsveçrə Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna müharibəsi ilə bağlı görüşə ev sahibliyi etməyə hazırlaşır. Bu barədə Le Temps üçün İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiyalar şöbəsinin rəhbəri Nikolas Bideau bildirib.
Bideau qəzetə bildirib ki, ölkə bu yay Bürgenstokda sülh konfransına ev sahibliyi etdiyindən, ABŞ, Rusiya və Ukrayna İsveçrənin “sülhün bərqərar olmasına imkan yaradan bütün diplomatik səyləri dəstəkləməyə hazır olması” barədə mütəmadi olaraq məlumatlandırılıb.


























