APA xəbər verir ki, bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Satayşi deyib.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirən Məsud Satayşi, hələ ki məhkəmənin keçirilmədiyini və hökmün çıxarılmadığını qeyd edib.

























