Hesabat: Mariupol əsas hədəfdir

0
52

Liman şəhəri Mariupolda şiddətli döyüşlər hələ də davam edir. Britaniya Xarici İşlər Nazirliyi son kəşfiyyat hesabatında bildirib ki, Ukraynanın cənub-şərqindəki şəhər Rusiya üçün əsas hədəf olmaqda davam edir.

“Mariupol demək olar ki, şübhəsiz ki, Rusiya işğalının əsas hədəfidir, çünki o, Rusiyadan işğal olunmuş Krıma quru dəhlizi təmin edəcək”, – nazirlik Twitter-də yazıb.

Döyüşlərə baxmayaraq, Ukrayna hələ də mərkəzi şəhərə nəzarət edir.