Güney Azərbaycanın Xiyav (Meşgin) şəhərindən olan və yanvar ayının 1-i, səhər saatlarında ürək tutmasından həyatını itirən gənc musiqiçi Tohid Noruzinin 40 mərasimi keçirilib.
Təbrizin “Vadi-Rəhmət” qəbristanlığında keçirilən mərasiminə Güney azərbaycanın çox bölgələrindən mədəniyyət xadimləri, milli-mədəni fəallar qatılıblar.
Mərasimdə musiqiçinin məzarı başında müxtəlif Azərbaycan musiqiləri ifa olunaraq onun xatirəsi anılıb.
Qeyd edək ki, bir sıra tanınmış sənətçilərlə, o cümlədən Alim Qasımovla əməkdaşlıq edən gənc musiqiçi İnşaat Mühəndisliyi fakültəsini bitirməsinə baxmayaraq, musiqi sahəsində peşəkar fəaliyyət göstərirdi.


























