Gələn il Milli Məclisin ezamiyyət xərcləri 2 milyon manatdan çox olacaq 2024-cü ildə Milli Məclisin ezamiyyət xərcləri 2 milyon 170 min manat təşkil edəcək.

0
56

Bu, “Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Sənədə əsasən, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min manat, xarici ezamiyyət xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.

Milli Məclis və onun aparatının gələn il üçün xərclər smetası isə 50 milyon 919 min 10 manat olacaq.