Dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi Amerika tərəfinin fikrincə, görüş Ukrayna üzrə sülh danışıqlarına başlamaq deyil, Rusiyanın müharibəni bitirməkdə “ciddi” olub-olmadığını öyrənməkdir.
Rusiya isə öz növbəsində deyir ki, məqsədi ABŞ-la münasibətləri normallaşdırmaqdır, BBC yazır.
Danışıqlar Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı işğalına başlamasından sonra bu səviyyədə keçirilən ilk danışıqlardır.


























