Britaniya: Rusiya qüvvələri Donbassda yenidən toplaşır

0
18

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri yenidən qruplaşdırılaraq Ukraynanın şərqindəki Donbasa doğru hərəkət edir. Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

Digər şeylərlə yanaşı, bədnam Vaqner qruplaşmasının muzdlularının ölkənin şərq bölgələrindəki ərazilərə yollandığı bildirilir.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi bildirir ki, Rusiya Ukraynadakı müharibəyə 60 min ehtiyatda olan əsgəri çağırmağa çalışacaq, BBC xəbər verir.