Fevralda bütün üzvlər Luqansk və Donetsk vilayətlərinin müstəqil elan edilməsinin lehinə səs verdilər və bu qərar Rusiyanın Ukraynaya müdaxiləsinə zəmin hazırladı.
Britaniyanın xarici işlər naziri Liz Truss mətbuata açıqlamasında deyib: “Biz Putinin Ukraynaya qanunsuz müdaxiləsində şərik olanları və bu vəhşi müharibəni dəstəkləyənləri hədəfə alırıq”.
Sanksiyaların təsirinə məruz qalan insanlar artıq Böyük Britaniyaya gedə, ölkədə aktivləri ola və ya ingilislərlə iş görə bilməzlər.


























