BMT Donetsk vilayətindəki Oljonivka həbsxanasına cümə günü edilən hücumun araşdırılmasını istəyir. Rusiya və Ukraynanın bir-birini günahlandırdığı bombardmanda 52 ukraynalı hərbi əsir öldürüldüyü bildirilir.
İndi BMT Donetskdəki bütün tərəfləri həbsxanaya hücumu hərtərəfli araşdırmağa çağırır.
“The Guardian” xəbər verir ki, BMT Baş Katibi Antonio Quterreşin sözçüsü Farhan Haq cümə günü deyib: “Biz bütün tərəfləri baş verənləri diqqətlə araşdırmağa çağırırıq.
Ukrayna prezidenti Vladimir Zelenski hücumu “Rusiyanın hərbi cinayəti, ukraynalı hərbi əsirlərin qəsdən kütləvi şəkildə qətli” adlandırıb.


























