Beyrutdakı Amerika səfirliyinə silahlı hücum Livan ordusu Beyrutdakı Amerika səfirliyinə silahlı şəxsin atəş açdığını bildirib

0
58

Bu hücumu törədənin Suriya vətəndaşı olduğuna diqqət çəkən Livan ordusu bu şəxsin Livan təhlükəsizlik qüvvələri tərəfindən yaralandıqdan sonra həbs edilərək xəstəxanaya aparıldığını bildirib. Əl-Ərəbiyyə mənbələrinin məlumatına görə, Beyrutdakı Amerika səfirliyinə edilən bu silahlı hücum 30 dəqiqə davam edib.