“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

0
8

Bakı, 13 yanvar, AZƏRTAC

Futbol üzrə İspaniya Superkubokunun qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, həlledici oyunda “Real Madrid” və “Barselona” komandaları qarşılaşıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən görüş Kataloniya təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Barselona” tarixində 15-ci dəfə İspaniya Superkubokun qalibi olub.