AZMTV

AZMTV

Current track

Title

Artist

Bakıda TÜRKPA-nın 13-cü plenar iclası keçirilib

Written by on June 6, 2024

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusunda 13-cü plenar iclası keçirilib

AZƏRTAC xəbər verir ki, TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iclası açaraq tədbir çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

O, Milli Məclisin qarşıdakı dövrdə TÜRKPA-ya sədrliyi dövründə təşkilat çərçivəsində parlamentlərarası əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımları atacağını bildirib.

Vurğulanıb ki, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalacaq.

Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu olduğunu söyləyən S.Qafarova bildirib ki, bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist