Bələdiyyə seçkilərində seçici fəallığı açıqlanıb

0
38

Bakı, 29 yanvar, AZƏRTAC

Bələdiyyə seçkilərində seçici fəallığı ilə bağlı son statistik məlumatlar açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov saat 19:00-a olan məlumata görə, seçicilərin 31,45 faizinin ( 1 milyon 874 min 810 nəfər) səs verdiyini bildirib.