Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ dövlət katibinin köməkçisinin Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda müavini Coşua Haki qəbul edib.

0
50

Görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və yaxın gələcəkdə imzalanması ilə bağlı niyyətini bir daha ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.