Avropa İttifaqının müdafiə və xarici işlər nazirləri Praqada görüşür

0
65

Avropa İttifaqının müdafiə və xarici işlər nazirləri Ukrayna qüvvələri üçün hərbi təlim missiyasının yaradılması variantlarını müzakirə etmək üçün bu həftə Praqada görüşəcəklər. Reuters xəbər agentliyi xəbər verir ki, onlar ruslara qarşı təklif olunan viza qadağası barədə də danışacaqlar.

Hazırda Aİ-yə sədrlik edən Çexiya rusiyalı turistlər üçün vizaların hərtərəfli qadağası üçün çalışır və bu ideya əsasən Baltikyanı ölkələr tərəfindən dəstəklənir.

Almaniya, bəzi digər üzv dövlətlər və Aİ-nin xarici əlaqələr üzrə rəhbəri Cozef Borell ilə birlikdə bu təklifi rədd edir və hesab edir ki, bu, İttifaqın qaydalarını poza və rusiyalı müxaliflərin qaçış yollarını kəsə bilər.