Almaniya bu il Rusiyadan neft idxalını dayandıra bilər

0
89

Almaniya kansleri Olaf Şolz bəyan edib ki, Almaniya bu ildən Rusiya neftinin idxalını dayandıra bilər. Ancaq Rusiya qazı olmadan bunu etmək daha uzun çəkir.

O, bunu Londonda Boris Conson ilə keçirdiyi mətbuat konfransında deyib və kansler həmçinin bəyan edib ki, Almaniya Ukraynaya silah göndərməkdə davam edəcək və ölkəyə Rusiya işğalına qarşı kömək etməyə çalışacaq.