Almaniya Rusiyaya qarşı daha sərt sanksiyalara hazırlaşır. “Reuters” xəbər agentliyinə görə, ölkənin maliyyə naziri Kristian Lindner bildirib ki, ölkə Aİ-nin daha sərt sanksiyaları ilə bağlı təklifləri dəstəkləyəcək.
“Biz Putinə maksimum təzyiq göstərmək istəyirik və Rusiyanı siyasi, maliyyə və iqtisadi cəhətdən təcrid etmək istəyirik”, – Kristian Lindner “Reuters” xəbər agentliyinə istinadən bildirir.