Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

0
46

Avropa İttifaqının xarici işlər naziri Cozef Borrel bildirib ki, Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketi hazırlayır.

Borrell Twitter-də yazır ki, altıncı sanksiya paketinin məqsədi daha çox bankı beynəlxalq ödəniş sistemindən Swift-dən çıxarmaq, dezinformasiya edənləri siyahıya almaq və neft idxalını məhdudlaşdırmaqdır.

AP yazır ki, təklif, ehtimal ki, birliyin səfirləri arasında çərşənbə günü planlaşdırılan görüşlə əlaqədar Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen tərəfindən təqdim ediləcək.