Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, Azərbaycanda heç vaxt belə mərkəzlər fəaliyyət göstərməyib və belə iddiaların səsləndirilməsi təəssüf doğurur.
Burak Dağ |
07.05.2022
BAKI, Azərbaycan
Azərbaycan şənbə günü Rusiyanın xarici ölkələrin maliyyə dəstəyi ilə bioloji tədqiqat laboratoriyalarının olması ilə bağlı iddialarını rədd edib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatında deyilir ki, əsassız iddialar ictimaiyyətdə narahatlıq yaradır.
“Qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib, (və) ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına xələl gətirə biləcək heç bir araşdırma aparılmayıb”, – məlumatda deyilir.
Əlavə edilib: “Təəssüf ki, oradakı məlumatlar Azərbaycan tərəfinin mövqeyini soruşmadan beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilib”.
Rusiya rəsmiləri bu yaxınlarda iddia etdilər ki, keçmiş Sovet respublikaları olan Ukrayna, Moldova, Gürcüstan və Azərbaycanda ABŞ-ın maliyyə dəstəyi ilə fəaliyyət göstərən bioloji tədqiqat laboratoriyaları var. Moskva bu iddiaları fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlaması ilə əsaslandırıb.
Rusiyanın laboratoriyaların bioloji silahların hazırlanması ilə bağlı iddialarına cavab verən ABŞ, xaricdə əksinə biosilahların yayılmasının qarşısını almaq üçün çalışdığını söylədi.


























