Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Rusiyanın bazar ertəsi Kiyevin İran istehsalı olan dronlarla Ukrayna şəhərlərinə hücumundan sonra “ukraynalıların qətllərində” İranı günahlandırır. Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
Son həftələr Rusiyanın Ukraynaya qarşı döyüşlərində İran istehsalı olan “Şahed-136” pilotsuz təyyarələrindən istifadə etdiyi barədə məlumatlar yayılıb.
İran Rusiyaya pilotsuz təyyarələr göndərdiyini inkar edir. Kreml hələlik məlumatlara münasibət bildirməyib.


























