Zelenski Kannda: Bizə yeni Çaplinə ehtiyac var

0
15

Ukrayna prezidenti Vladimir Zelenski Kann Film Festivalının açılış mərasimində öncədən lentə alınmış nitqlə gözlənilməz qonaq olub.

Zelenski Çarli Çaplinin 1940-cı ildə çəkdiyi, Nasist Almaniyasının diktatoru Adolf Hitleri təqlid edib ələ saldığı “Diktator” filminə istinad edərək, kino sənayesindən Rusiyanın işğalına qarşı qlobal mövqelərdə iştirak etməyi xahiş edib.

– Çaplinin diktatoru əsl diktatoru dayandırmadı, ancaq filmin gücü sayəsində həmin film vasitəsilə kino sənayesi mövqe tutdu. Bizə kino sənayesinin lal olmadığını göstərə biləcək yeni Çaplinə ehtiyacımız var, deyə Zelenski bildirib. (TT)