Ukrayna prezidenti Vladimir Zelenski Hollivud ulduzları Mila Kunis və Eşton Katçerlə video söhbət edərək, ukraynalı qaçqınlar üçün milyonlarla dollar toplayan aktyorlara şəxsən təşəkkür edib.
Zelenski Twitter-də söhbətdən foto paylaşıb və eyni yazıda cütlüyü Rusiyanın işğalından sonra “kədərimizə ilk cavab verənlər arasında” olduqlarına görə tərifləyir.
Mila Kunis Ukraynanın cənubunda, Rumıniya ilə sərhəd yaxınlığındakı Çernovtsi şəhərində anadan olub, lakin 7 yaşında ikən ailəsi ilə birlikdə ölkəni tərk edərək ABŞ-a gedib.


























