ABŞ 300-ü milli siyasətçi və ya “elita” olmaqla 400-ə yaxın rusiyalıya sanksiya tətbiq etməyi planlaşdırır. Bu barədə CNBC-yə Bayden administrasiyasındakı mənbə bildirib. Bundan əlavə, Rusiya mərkəzi bankının qızıl ehtiyatının bir hissəsi dondurulacaq.
“Burada məqsəd Rusiyanın beynəlxalq iqtisadi nizamın iştirakçısı kimi əvvəllər malik olduğu imtiyazları metodik olaraq aradan qaldırmaqdır”, – mənbə CNBC-yə bildirib.
Tədbirlərin Baydenin cümə axşamı planlaşdırılan çıxışı zamanı təqdim ediləcəyi gözlənilir.


























