AZMTV

AZMTV

Current track

Title

Artist

Yunanıstanın xarici işlər naziri Türkiyə ilə əlaqələrin inkişafına ümid etdiyini bildirib

Written by on August 9, 2023

Yunanıstanın xarici işlər naziri Türkiyə ilə Xüsusi İqtisadi Zona və Kontinental Şelflə bağlı danışıqlarda irəliləyişin olacağına ümid etdiyini bildirib.

Yunanıstanın xarici işlər naziri Yorgos Qraptritis Misirin “Cairo” telekanalına müsahibəsində, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşündən əlavə, NATO sammiti çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla da görüşdüyünə diqqət çəkib. Vilnüsə səfər edən Türkiyə prezidenti iki ölkə arasında əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.

“Biz ticarət, iqtisadiyyat, mülki müdafiə, turizm və ölkələrin inkişafı kimi ümumi maraq doğuran sahələr müsbət gündəm çərçivəsində araşdırıldıqdan sonra ikitərəfli əlaqələr üzərində işləmək istəyirik”, – Qraptritis bildirib.


Reader's opinions

Leave a Reply

Your email address will not be published.



AZMTV

AZMTV

Current track

Title

Artist