Yoav Qalant: “Hizbullah”a qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçim yoxdur

0
46

“İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün Hizbullah hərəkatına qarşı hərbi əməliyyatlar keçirməkdən başqa seçimi yoxdur”.

“Report”un məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant danışıb.

Qalant Livan-İsrail sərhədində vəziyyətin həlli ilə bağlı razılığın əldə olunması imkanlarının aşağı olduğunu vurğulayıb:

“Çünki “Hizbullah” Qəzza zolağında fəaliyyət göstərən Fələstinin radikal “HƏMAS” hərəkatı ilə bağlılığını davam etdirir və münaqişəni dayandırmaqdan imtina edir. İsrailin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır”.