Çin prezidenti Si Cinpin Vladimir Putinlə telefon danışığında Rusiya prezidentini Ukraynadakı böhranı danışıqlar yolu ilə həll etməyə çağırıb. AFP xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.
Xəbərlərə görə, Si deyib ki, “Ukraynanın şərqində vəziyyət sürətlə dəyişib (və) Çin Rusiya və Ukraynanı problemin danışıqlar yolu ilə həll etməsini dəstəkləyir”.
Pekin Rusiyanın hərəkətlərini pisləməyib və hadisələri “işğal” adlandırmaqdan imtina edib. Putinlə söhbətində Xi-nin “soyuq müharibə zehniyyətindən əl çəkməyin” vacib olduğunu da söylədiyi deyilir.