Xarici işlər naziri: Azərbaycan İsrail-Fələstin münaqişəsi zonasında gərginliyin artmasından narahatdır

0
42

Azərbaycanın xarici işlər naziri Cihun Bayramov bu gün İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin İsrail və Fələstin arasında son gərginlik insidentləri ilə bağlı nazirlər səviyyəsində keçirilən növbədənkənar iclasında iştirak edib.

APA-nın məlumatına görə, Ciddədə keçirilən görüşdə çıxış edən xarici işlər naziri Azərbaycan Respublikasının son hadisələrdən və İsrail-Fələstin münaqişəsi zonasında gərginliyin artması ilə bağlı dərin narahatlığını vurğulayıb.
Xarici işlər nazirinin səlahiyyətlərini icra edən şəxs münaqişənin dərhal dayandırılmasını tələb edib.